"Xaçmaz-Şərab" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının Ümumi illik yığıncağının PROTOKOLU № 01


"Xaçmaz-Şərab" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının Ümumi illik yığıncağının
PROTOKOLU № 01

Xaçmaz rayonu, Yeni-Həyat qəsəbəsi | 29 iyun 2026-cı il

Cəmiyyətin yerləşdiyi yer: Xaçmaz rayonu, Yeni-Həyat qəsəbəsi
Ümumi yığıncağın növü: İllik
Yığıncağın keçirilmə tarixi və yeri: 29 iyun 2026-cı il, Xaçmaz rayonu, Yeni-Həyat qəsəbəsi, Cəmiyyətin mərkəzi ofisi
İştirak etmək hüququ olanların siyahısının tərtib tarixi: 29 iyun 2026-cı il
Qeydiyyat vaxtı: Başlanma: 09:00 | Qurtarma: 09:30
Yığıncaq vaxtı: Açılma: 09:30 | Bağlanma: 11:00
Səhmdarların (adi adlı səhm sahiblərinin) sayı: 103 nəfər
Səhmdarların malik olduqları səslərin sayı: 94 353 ədəd (100%)
Yığıncaqda iştirak edən səhmdarlar: 65 nəfər — 90 883 ədəd səs (96,3223%)

Yığıncağın rəyasət heyəti və iştirakçılar

  • Yığıncağın sədri: Hüseyinov Hüseyin Aydın oğlu
  • Yığıncağın katibi: Rüstəmova Şəfiqə Heydər qızı
  • Hesablama komissiyasının sədri: Balakişiyev Adil Pirəli oğlu
  • Hesablama komissiyasının üzvləri: Mehdiyev Nəriman Camal oğlu, Əliyev Zahir Əli oğlu
  • Maliyyə-təftiş müfəttişi: Ramazanov Faiq Abumüslüm oğlu

GÜNDƏLİK

  1. İcra orqanının rəhbəri Hüseyin Aydın oğlu Hüseyinovun 2025-ci ilin yekunlarına dair hesabatı.
  2. Maliyyə-təftiş müfəttişi Faiq Abumüslüm oğlu Ramazanovun hesabatı.

Ümumi yığıncağın keçirilməsi üçün nəzərdə tutulan miqdarda yetərsay olduğundan keçirilməsi səsə qoyuldu və yekdilliklə qəbul edildi.
Səsvermənin nəticələri: Lehinə — 90 883 səs (100%), Əleyhinə — 0 səs, Bitərəf — 0 səs.
Gündəliyə daxil olunan məsələlərin müzakirə edilməsi barədə səsvermə keçirildi, heç bir əlavə təklif olmadı və gündəlik təsdiq edildi.


1-ci məsələ üzrə

EŞİDİLDİ: İcra orqanının rəhbəri Hüseyinov Hüseyin Aydın oğlu çıxış edərək bildirdi ki, SC 2025-ci ili 12 453 manat zərərlə başa vurmuş, dövlət büdcəsinə bütün vergi və rüsumları ödəmiş, işçilərin əməkhaqqını, DSMF və kreditor borclarını ödəmişdir. SC-nin maliyyə-təsərrüfat fəaliyyəti Sərbəst Auditor Əmrah Paşayev tərəfindən yoxlanılaraq müsbət rəy verilmişdir. Zərərlə işləmənin obyektiv səbəbləri yeni texnologiyanın yoxluğu, alkoqollu içkilərdə vergi yükünün yüksək olması və satış partnyorları ilə əlaqələrin pozulması kimi amillərlə bağlı olmuşdur.

ÇIXIŞ ET